XİN-dən ANS PRESS-ə verilən məlumata görə, nazir abidənin önünə əklil qoyub.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə 24-26 may 2015-ci il tarixində Rusiyaya rəsmi səfərdədir.
Səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Sergey Lavrov və digər yüksək vəzifəli rəsmilərlə görüşəcək.


