Azərbaycanın futbol üzrə e-Milli komandası PES2020 üzrə yoldaşlıq oyunu keçirib. "Report"un məlumatına görə, yığma Malta ilə qarşılaşıb. 3 oyundan ibarət dueldə Azərbaycan millisi rəqibinə məğlub olub - 2:2, 1:2, 0:3. Qeyd edək ki, e-Millinin heyətində Təbriz Mahmudov, Əli Gözəlzadə və Firuz Buksayev mübarizə aparıb.