Tanınmış futbolçunun restoranı xəstəxanalar üçün yemək hazırlayır

Tanınmış futbolçunun restoranı xəstəxanalar üçün yemək hazırlayır
20:17 30 Mart 2020
145 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Napoli" klubunun futbolçusu Arkadiuş Milik xeyirxah addımı ilə gündəmə gəlib.

Milli.Az bildirir ki, polşalı hücumçunun ölkəsinin Katovitse şəhərindəki restoranı koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətlə əlaqədar xəstəxanaları yeməklə təmin edir.

Bu barədə 28 yaşlı forvard özünün şəxsi "Instagram" hesabında paylaşım edib. Hazırda məkan ziyarətçilər üçün qapalı olsa da, şəhərdəki tibb müəssisələrinə yemək çatdırır.

İndiyədək Polşada 1 771 nəfər koronavirusa yoluxub. Onlardan 20-si dünyasını dəyişib. 

Qeyd edək ki, Arkadiuş Milik 2016-cı ilin yayından "Napoli"də çıxış edir. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR