Moskva koronavirusa niyə dırnaqarası baxır? -

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 788 000-ü ötüb. Bunların 166 424 nəfəri sağalıb, 37 877 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Rusiyada isə pandemiya qurbanlarının sayı 17-yə çatıb.Ötən sutka ərzində 8 nəfərin ölüm hadisəsi qeydə alındı. Rəsmilər bildirir ki, ölümlərin 5-i Moskvada qeydə alınıb.

Məlumatda həmçinin vurğulanıb ki, bu günədək koronavirusa yoluxmuş 121 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Rusiyada da Azərbaycanda olduğu kimi virusa əhəmiyyə verməyib karantin qaydalarını pozan, koronavirusun varlığına inamsızlıq göstərənlərlər çoxdur.

Metbuat.az xəbər verir ki, bizimlə həmsöhbət olan həmvətənimiz hüquqşünas Çiçək Ağayeva deyir ki, əvvəllər heç kim virusun varlığına inam göstərmirdi.

“28 martdan 5 aprelə kimi koronavirus səbəbindən Moskvada tətil elan olundu. Bu vaxt Rusiyada əksəriyyət Soçiyə istirahətə getdi. Ona görə ki, tətil səbəbindən Moskvada çox yer bağlı idi. Rusiyada indi yoluxanlar ölənlərdən çoxdur. Amma insanlar buna əhəmiyyət vermirlər. Onlar gəzməyə çıxırlar “piknik’’ edirlər. Hal-hazırda Moskvada özünü izolyasiya tədbirlərinə start verilib. Bu bütün yaş kateqoriyalarına aiddir. Gözləyək görək necə olacaq.”

Bəs Moskva əhalisi koronavirusdan müdafiə qaydalarına əməl edirmi?

“Yox, deməzdim əməl edirlər. Elə buna görə də cərimələr nəzərdə tutulub. Ötən gün Mosvka meri Sergey Sobyanin əmr imzaladı. Əmrdə qaydaları pozanlara qarşı cərimələr nəzərdə tutulur. Hətta şəhərə çıxmaq üçün merdən xüsusi icazə almaq lazım gələcək."

Bəs siz virusdan necə qorunursunuzmu?

“Biz evdə otururuq. Çalışırıq ki, ehtiyac yoxdursa evdən çıxmayaq. Deməzdim ki, virusa inanıram. Amma çalışıram ki, öz doğmalarımı qoruyum.”

Moskvada virusa inamsızlıq göstərib qaydalara əməl etməyənlər ilə yanaşı əksinə çevrəsini və ailəsini COVID-19 dan qoruyanlar da var. Metbuat.az saytına müsahibə verən həmvətənimiz müəllimə Nigar İmanova deyir ki, biz rəsmi karantin elan edildiyi gündən etibarən xüsusi olaraq bütün qaydalara əməl edib virusla mübarizə aparırıq.

“İlk öncə əllərimizi tez tez yuyuruq. Həyat yoldaşım işə getmək məcburiyyətində olduğu üçün maska taxıb əlcək geyinir. Biz hər yeri spritlə təmizləyirik. Əsasən də evimizi hər gün xüsusi məhlullar vasitəsi ilə dezinfeksiya edirik. Çalışırıq ki, hətta mağazadan da hansısa karobkada bir məhsul alanda onu da dezinfeksiya edib sonra evə gətirək. Burada spirt sanki su əvəzinə istifadə olunur. Hava yaxşıdır deyə təmizlik tez-tez edirik. Düzdür çox adam qaydalara əməl etmir. Birdə görürsən ki, analar uşaqları ilə parkda gəzirlər, uşaqlar velosiped sürürlər. Bugün hətta biz eşitdik ki, maşınlarda əhaliyə xəbərdarlıqlar edilirdi ki, evdən çıxmayın. Amma insanlar hələ də buna əhəmiyyət vermirlər.’’

Nigar İmanova deyir ki, Moskvadan fərqli olaraq Pekində insanlar daha çox qaydalara əməl edirlər.

“Mənim qohumum Pekində yaşayır. Biz tez-tez onlarla əlaqə saxlayırıq. O deyir ki, onlar küçəyə maskasız çıxa bilməzlər. Orada hətta elə yaşayış binaları var ki, insanlar binaya daxil olanda onların temperaturunu ölçüb sonra içəriyə buraxırlar. Amma təssüf ki burada hər şey açıqlıqdadır. Qaydalara əməl edən çox az insan var.’’

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR