Mane koronavirusla mübarizə üçün Seneqalda xəstəxana tikdirir

Mane koronavirusla mübarizə üçün Seneqalda xəstəxana tikdirir
15:12 1 Aprel 2020
181 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpul"un futbolçusu Sadio Mane koronavirusla mübarizəyə dəstək olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, seneqallı hücumçu ölkəsində koronavirusdan əziyyət çəkən xəstələrin müalicəsi üçün xəstəxana tikdirir. Bu barədə Manenin meneceri Byorn Bezemer Seneqal mətbuatına açıqlamasında deyib.

Benzemer Manenin doğulduğu yer olan Bambali qəsəbəsində yeni xəstəxana tikiləcəyi və bütün xərcləri Manenin qarşılayacağını bildirib. Xəstəxananın inşası 3,5 milyon dollara başa gələcək.

Mane bir müddət əvvəl Seneqalda Koronavirusla Mübarizə Fonduna 45 min avro ianə etmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/838312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR