Monako knyazı II Alber koronavirusa qalib gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Monako sarayının rəsmi məlumatında deyilir. Bildirilir ki, knyaza karantini tərk etməyə icazə verilib.

Xatırladaq ki, II Alberdə Covid-19 virusu martın 19-da aşkarlanmışdı. 62 yaşlı knyaz hazırda özünü yaxşı hiss edir.

Milli.Az