Millimizin baş məşqçisi Hindistandan təklif alıb

Millimizin baş məşqçisi Hindistandan təklif alıb
19:47 17 Yanvar 2015
112 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Nikolay Adama Hindistan Futbol Federasiyasından təklif gəlib. "Report"un "The Times of İndia"ya istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssis Hindistanın 17 yaşadək futbolçulardan ibarət yığmasına baş məşqçi təyin olunacaq. Onun yaxın vaxtlarda danışıqlara yollanacağı bildirilir.


Qeyd edək ki, Nikolay Adam daha öncə Azərbaycanın U-17 yığmasında çalışıb. 2013-cü ilin sonlarında isə o, U-19 yığmasına baş məşqçi təyin olunub. Adamın rəhbərliyi altında yığma komanda bu il keçiriləcək Avropa çempionatının elit mərhələsinə vəsiqə qazanıb və Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə keçirilmiş ənənəvi beynəlxalq turnirdə 5-ci yeri tutub.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-ba-mqcisi-hindistandan-tklif-alb-t17552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR