“Samsung” uzun müddət avtonom işləyən ucuz “Galaxy M11” smartfonunu təqdim edib

“Samsung” uzun müddət avtonom işləyən ucuz “Galaxy M11” smartfonunu təqdim edib
09:05 2 Aprel 2020
Ölkə mətbuatı
A- A+

"Samsung" şirkəti öz rəsmi saytında "Galaxy M11" smartfonunu təqdim edib. Smartfonun əsas xüsusiyyətləri böyük ekran, genişbucaqlı optikaya malik üçqat kamera və 5000 milliamper/saat tutumlu akkumulyatordur.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, smartfon 6,4 düymlük ekranla təchiz edilib. Displeyin yuxarı sol küncündə 8 mp-lik, f/2.0 diafraqmalı və sabit fokusa malik selfi modul quraşdırılıb. Korpusun arxa tərəfində 13 (f/1.8), 5 (f/2.2, 115°) və 2 mp-lik (dərinlik sensoru) sensorlara malik üçqat kamera yerləşdirilib. Modelin özəlliyi "Live Focus" çəkiliş rejim dəstəyinə malik olmasıdır.
 
"Galaxy M11" smartfonu 1,8 QHs takt tezlikli 8 nüvəli prosessor, 3/4 QB əməli yaddaş və  32/64 QB-lıq daşıyıcı ("microSD" yaddaş kartının köməyilə 512 QB-dək artırmaq mümkündür) təchiz edilib. Prosessorun modeli haqqında məlumat yoxdur. Smartfonun akkumulyatorunun tutumu 5000 milliamper/saat təşkil edir, "USB Type-C" portu və 3,5 mm-lik audio konnektor nəzərdə tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/837858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR