Estoniyada koronavirusa yoluxanların sayı 779 nəfərə çatıb

Estoniyada koronavirusa yoluxanların sayı 779 nəfərə çatıb
11:27 2 Aprel 2020
110 Dünya
Ölkə mətbuatı
A- A+

Estoniyada son sutkada koronavirusa (COVID-19) yoluxanların sayı 45 nəfər artaraq 779-a çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 14 min 353 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1952 nəfərdən götürülən analizinin 45-nin nəticəsi müsbət çıxıb. Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 5 ölüm hadisəsi qeydə alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/838429.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR