İbrahim Məmmədov: "Əhaliyə dəyən zərərin minimallaşdırılması üçün işlər aparılır"

İbrahim Məmmədov: "Əhaliyə dəyən zərərin minimallaşdırılması üçün işlər aparılır"
12:52 2 Aprel 2020
283 Ölkə
Ölkə mətbuatı
A- A+

Əhaliyə dəyən zərərin minimallaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən tapşırıq verilib və hazırda bu istiqamətdə işlər aparılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov deyib ki, krediti olan müştərilərin vəziyyəti yaxşılaşarkən, banka əmanət qoyanların və bankların vəziyyəti pisləşdirilməməlidir:

"Bankın iş zəncirinə zərbə vurmamağa, bankların müflisləşməməsinə çalışmalıyıq. Bununla bağlı məsələlər, demək olar ki, son mərhələdədir. Sənədlər hazırlanır, yaxın günlərdə təsdiqlənəcək və bu barədə ictiamiyyətə məlumat veriləcək".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/838495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR