Tanınmış futbolçunun ölüm səbəbi məlum oldu

Tanınmış futbolçunun ölüm səbəbi məlum oldu
15:12 2 Aprel 2020
125 Digər
Ölkə mətbuatı
A- A+

İspaniya millisinin sabiq futbolçusu Xose Antonio Reyesin ölüm səbəbi açıqlanıb.
"Report" "Cadena Ser" radiosuna istinadən xəbər verir ki, "Real Madrid" və İngiltərə "Arsenal"ının keçmiş üzvü yüksək sürətin qurbanı olub. Bu, aparılmış istintaq nəticəsində müəyyənləşib.
Bildirilib ki, Reyesin avtomobili saatda 187 km sürətlə hərəkət edərkən qəflətən maşının arxa sol təkəri partlayıb. Həmin təkəri qəzadan bir həftə öncə futbolçunun qohumunun təmir etdiyi vurğulanıb.
Qeyd edək ki, Xose Antonio Reyesin son iş yeri ölkəsinin "Estremadura" komandası olub. O, ötən il düşdüyü avtoqəzada əmisi oğlu ilə birlikdə ölüb.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/taninmis-futbolcunun-olumunun-sebebi-melum-oldu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR