"Azəriqaz"ın baş direktorunun iştirakı ilə onlayn CEO Forum keçirilib

"Azəriqaz"ın baş direktorunun iştirakı ilə onlayn CEO Forum keçirilib
19:32 3 Aprel 2020
168 Digər
Ölkə mətbuatı
A- A+

Caspian European Club-un hər gün öz resurslarında və sosial şəbəkələrdə canlı yayım rejimində təşkil etdiyi ONLINE CEO FORUM-un növbəti qonağı "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev olub. Bu barədə Caspian European Club və Caspian Energy qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Ruslan Əliyev hər zaman olduğu kimi, bütün dünyanın COVİD-19 koronavirus pandemiyası ilə mübarizə apardığı bu çətin dönəmdə də biznes-hökumət dialoqunu fəal dəstəklədiyi üçün Klub rəhbərliyinə təşəkkür edib.Telman Əliyev də öz növbəsində «Azəriqaz» İB ilə Caspian European Club arasındakı işçi qrup çərçivəsində fəal əməkdaşlığa və bu əməkdaşlıq çərçivəsində göstərdiyi açıq şəxsi mövqeyinə görə Ruslan Əliyevə minnətdarlığını bildirib.
«Onlayn konfransa görə minnətdarlığımı bildirirəm. İndiki karantin rejimində bu cür əlaqəlarin yaradılması işgüzar mühitin davamlı olmasında mühim rol oynayır. Hazırda kronavirusla birgə mübarizə aparılan şəraitdə “Azəriqaz” İstehsalat Birliyi daim işləyən təşkilatlar sırasındadır. Birliyin 20% işçisi əmək haqları saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilib. Çalışırıq ki, az işçi ilə çox iş görək. İnsanlar çölə çıxmamağa çağırılır. Biz isə iş başında olmalıyıq ki, onlar evlərində rahat otursunlar. Bir sözlə, kommunal məsələlər vaxtında həllini tapsın», - deyə Ruslan Əliyev söyləyib.
ONLINE CEO FORUM – Caspian European Club tərəfindən beynəlxalq biznes-netvorkinq üçün yaradılmış yeni formatdır. Bu tədbir çərçivəsində dövlət və özəl şirkətlərin top-menecerləri qısa təqdimat keçirir və öz fəaliyyətləri barədə məlumat verir, həmçinin COVİD-19 koronavirus pandemiyasının hökm sürdüyü bir vaxtda qarşılaşdıqları problemlərlə bölüşürlər.
Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azeriqaz-in-bas-direktorunun-istiraki-ile-onlayn-ceo-forum-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR