"Liverpul" işçilərini tətilə göndərdi

"Liverpul" işçilərini tətilə göndərdi
12:05 5 Aprel 2020
198 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasının lideri "Liverpul" koronavirus pandemiyası ilə əlaqədar işçilərinin çoxunu məzuniyyətə buraxıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızılar"ın rəsmi saytı vasitəsilə yayılan xəbərdə həmin işçilərin çalışmadığı dönəmdə də öz maaşlarını alacaqları diqqətə çatdırılıb.

Qeyd edək ki, Britaniyada sürətlə yayılan pandemiya ilə əlaqədar əksər Premyer Liqa təmsilçiləri işçilərinin çoxunu tətilə buraxıb. Klublardan bəzisi əməkdaşlarına çalışmayacaqları dönəm üçün maaş verməyəcəyini açıqlasa da, "Liverpool" fərqli addım atıb. Daha öncə "Bournemouth" və "Newcastle" da oxşar qərar çıxarmışdı.

"Liverpul", həmçinin futbolçularla və məşqçilər heyəti ilə maaşlarının azaldılması yönündə danışıqların getdiyini də açıqlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/839179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR