İlk dəfə bir pələngdə koronavirus aşkarlandı

Nyu-Yorkdakı zooparkların birində olan "Nadia" adlı pələngdə yeni növ koronavirus "Covid-19" aşkar edilib.

Metbuat.az xəbər verir ki, ABŞ "Vəhşi Təbiəti Qoruma Cəmiyyəti" 4 yaşlı Malayziya pələngində görülən simptomlardan sonra keçirilən koronavirus testinin pozitiv çıxdığını açıqlayıb. Açıqlamada pələnglə eyni yerdə olan 3 pələng və 3 şirdə də bəzi virus simptomlarının olduğu, lakin heyvanların vəziyyətinin normal olduğu qeyd edilib.

Pələngə simptom görülməyən bir zoopark işçisindən virusun keçmiş ola biləcəyi düşünülür.

Qeyd edək ki, ABŞ-da ilk dəfə bir heyvanda koronavirus aşkarlanır.

Mənbə: cnn.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR