Neftçalada kollektorda batan ata və oğlun meyiti tapılıb -

Neftçalada kollektorda batan ata və oğlun meyiti tapılıb -
20:17 6 Aprel 2020
277 Digər
Ölkə mətbuatı
A- A+

Neftçala rayonunda su kanalında batan ata və oğulun meyiti sudan çıxarılıb.
“Report”un Aran bürosu xəbər verir ki, bu gün axşam saatlarında rayon ərazisində Baş Mil-Muğan kollektorunda boğulan rayonun Astanlı kənd sakinləri - Əsgərov Nurlan Aslan oğlu və onun 5 yaşlı oğlu Əsgərov Aslan Nurlan oğlunun meyiti FHN-in xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, onlar kollektorda balıq tutarkən boğulublar.
Faktla bağlı araşdırma aparılır.

***17:37
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Neftçala rayonunun Astanlı kəndində 2 nəfərin su kanalına düşməsi barədə məlumat daxil olub.
"Report"un xəbərinə görə, hadisə yerinə Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/neftcalada-iki-nefer-su-kanalinda-batib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR