Koronavirusdan ölənlərin cəsədlərini küçəyə atırlar və gözləyirlər ki... - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Koronavirusdan ölənlərin cəsədlərini küçəyə atırlar və gözləyirlər ki... - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
02:32 8 Aprel 2020
244 Dünya
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyası Cənubi Amerika ölkəsi Ekvadorda çöküşə səbəb olub.

Milli.Az xəbər verir ki, ölkədə infeksiyaya yoluxan şəxslər küçədəcə dünyasını dəyişir.

Quayaquil şəhərində 150-yə yaxın cəsəd küçələrdə qalıb. Səlahiyyətli şəxslərin sahib çıxması ümidilə yollara qoyulan cəsədlər təmizləmə işlərinin 3 gün davam etməsi səbəbilə çürüməyə başlayıb.

Vətəndaşların sosial mediada küçələrdə cəsədlərlə bağlı görüntülər paylaşmasından sonra ölkənin vitse-prezidenti Otto Sonnenholzner xalqdan üzr istəyib.

Quayaquilin bələdiyyə sədri ölkədə tabutların bahalı olmasına görə, ölənlərin ailələrinin karton qutulara üstünlük verdiyini açıqlayıb.

Son rəqəmlərə görə, Ekvadorda 3 min 646 nəfər koronvirusa yoluxub, 180 nəfər dünyasını dəyişib. Ölkədə fövqəladə vəziyyət elan olunub və küçəyə çıxma qadağası qüvvəyə minib. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/839808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR