"Koronavirus mədəniyyət gətirdi, pintilər təmizlənir" - Əməkdar artist

"Koronavirus mədəniyyət gətirdi, pintilər təmizlənir" - Əməkdar artist
17:37 9 Aprel 2020
263 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Vasif Məhərrəmli karantin günlərini Qazaxda anasının yanında keçirir.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "5/5" verilişində deyib. O bildirib ki, kəndə getməyinin səbəbi anasını virusdan qorumaq olub:

"Novruz bayramından sonra gəldim kəndə. Anama görə gəldim bura. Qoymuram kimsə gəlsin-getsin. Ailəm də yanımdadır".

Koronavirusdan danışan Vasif daha sonra "Bu virusdan sonra maşın sürməyi, evimizi, Bakı küçələrində gəzməyi daha çox sevəcəyik. Bizə bir dərs oldu. Rəşid müəllim gözəl söz dedi: Koronavirus dünyaya bir mədəniyyət gətirdi. Görürsüz, əvvəllər pinti olan insanlar, hamı təmizlik edir" sözlərini əlavə edib.

Qeyd edək ki, Vasif bundan əvvəl də bir neçə dəfə təmizliklə bağlı açıqlaması ilə gündəmə gəlmiş, tənqid olunmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/840478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR