Koronavirusa yoluxan şəxslər oruc tuta bilərmi? - Axund izah edir

Koronavirusa yoluxan şəxslər oruc tuta bilərmi? - Axund izah edir
19:32 9 Aprel 2020
192 Ölkə
Ölkə mətbuatı
A- A+

"Koronavirusa yoluxan şəxslər oruc tuta bilməz".

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a Məşədi Dadaş məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli açıqlama verib.

O bildirib ki, virusa yoluxmuş şəxslər müalicə dövrü bitənə qədər oruc tuta bilməz:

"Yalnız koronavirusa yoluxanların deyil, sağlamlığında digər problemlər olan şəxslərin də Ramazan ayında oruc tutması qətiyyən doğru hesab olunmur. Bu barədə Qurani-Kərimin müvafiq ayəsində qeyd olunub.

Koronavirusla bağlı xəstəxanalarda müalicə alan şəxslər mütləq həkim təlimatlarına riayət etməlidirlər. İntensiv müalicə dövrü keçən şəxslərin oruc tutması sağlamlıqlarına ciddi təhlükə yarada bilər. Ona görə də, həmin şəxslərin Ramazan ayı bitdikdən, eləcə də müalicə dövrü yekunlaşdıqdan sonra qəza orucu tutmaları tövsiyə olunur".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/840490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR