ŞOK GÖRÜNTÜLƏR: Koronadan ölənləri adaya aparırlar və... -

Amerikanın Uhanı adlandırılan Nyu York koronavirusdan ölənlər sırasında liderdir.

Metbuat.az xəbər verir ki, Nyu-Yorkda ölənlərin sayı 7 min 67 nəfərdir. Nyu-Cersidə isə 51 min 27 nəfərə koronavirus diaqnozu qoyulub, 1 700 nəfər dünyasını dəyişib. Miçiqanda koronavirusdan ölənlərin 40%-i qaradərilidir.

Son məlumatlara əsasən Nyu-Yorkda ölənlər kütləvi məzarlıqlarda dəfn olunmağa başlanılıb.

Həmin koronavirus qurbanlarının dəfn olunduğu Nyu-Yorkun Hart adasından dron görüntüləri yayılıb.Bu ada 9-cu əsrdən Nyu-Yorkda kimsəsizlərin dəfn olunduğu yer kimi tanınır.

Adaya yalnız qayıqla getmək mümkündür. Hər həftə ərzində 25 cəsəd məhkumlar tərəfindən basdırılır.

Basdırılmamışdan öncə cəsədlər əvvəlcə torbaya, daha sonra tabuta qoyulur. Tabutun üzərinə isə ölə şəxsin məlumatları yazılır. Bu ona görə edilir ki, gələcəkdə məzarı köçürmək lazım olarsa problem olmasın.

Hal-hazırda virusdan edilən test nəticələri 65-85 yaşlarındakı 200 mindən çox insandan 22%-də və 85-dən yuxarı 30 min insandan 24%-də nəticələr pozitiv çıxıb.

Rəsmi məlumatlara görə ABŞ-da 468 min 895 nəfər koronavirusa yoluxub. 16 min 697 nəfər dünyasını dəyişib. 25 min 928 nəfər sağalıb.

Mənbə:Ensonhaber


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR