"Karyeramı qeyri-adi saymaq olar" - De Rossi

"Karyeramı qeyri-adi saymaq olar" - De Rossi
13:12 12 Aprel 2020
208 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya yığmasının və Roma-nın sabiq yarımmüdafiəçisi Daniele De Rossi paytaxt klubunun baş məşqçisi olmaq istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bir neçə ay öncə futbolçu karyerasını başa vuran De Rossi bu barədə Sky Sports nəşrinə açıqlamasında məlumat verib:

"20 il eyni klubda oynamaq çox nadir görünür. Ona görə mənim karyeramı qeyri-adi saymaq olar. Təbii ki, məşqçi olsam, eyni şeyi arzulaya bilmərəm. Çünki məşqçi həyatı elə də uzun sürmür. Mən Roma-nın baş məşqçisi olmaq istərdim. Amma bunun üçün hələ lazım olan məşqçilik təhsilini almalıyam. Hansı ki, bütün gənc mütəxəssislər bu yolu keçiblər".

Qeyd edək ki, De Rossi karyerasının son dönəmində Boca Juniors-un uğurları üçün çalışıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/841255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR