Səhiyyə sistemi çökdü, cəsədlər evlərdə qaldı: Yüzlərlə cəsəd tapıldı -

Cənubi Amerika ölkəsi Ekvadorda koronavirus səbəbindən səhiyyə sisteminin çökməsi nəticəsində evlərdən ölülər alınmır, cənazə xidməti göstərilmir.

Metbuat.az xəbər verir ki, ölkədə koronavirusun mərkəzi halına gələn Quayaquil bölgəsindəki evlərdən 700-dən çox cəsəd tapılıb. Lakin onların məhz koronavirusdan həyatını itirməsi rəsmi təsdiqlənməyib.

Ölkədə ölənlərin sayının çox olması böhran yaradıb. Bəzi bölgələrdə ölülər zibil paketləri və ya karton tabutlara qoyularaq ailələrinə təslim edilirlər.

Mənbə: Sondakika.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR