Koronavirusa qarşı 3 ümidverici vaksin hazırlanır

Dünyanın müxtəlif ölkələrində koronavirusa qarşı vaksinin tapılması istiqamətində ümumilikdə 70 layihə üzərində iş aparılır.

Metbuat.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlamalarına görə vaksin tapılması yönündə aparılan 70 işdən 3-ü ümidvericidir.

Belə ki, Pekin Texnologiya İnstitutu və Honkonqun “CanSino Biologics” şirkətinin üzərində ortaq işlədiyi 1 iş test mərhələsinin 2-ci, ABŞ-ın “Moderna” və “Inovio Pharmaceuticals” şirkətlərinin 2 işi isə 1-ci fazaya keçib.

Məlumata görə, koronavirusa qarşı vaksinin hazırlanması 2021-ci ilədək çəkə bilər.

Mənbə:NTV


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR