İtaliyada günlər sonra ilk yaşandı

İtaliyada günlər sonra ilk yaşandı
19:37 13 Aprel 2020
242 Dünya
Ölkə mətbuatı
A- A+

İtaliyada son 24 saat ərzində koronavirusdan 431 nəfərin həyatını itirməsiylə, 19 martdan bu günə qədər ilk dəfə ən aşağı günlük ölüm sayı qeydə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən  xəbər verir ki, bu barədə İtaliyanın Mülki Müdafiyə Agentliyi açıqlama yayıb. Məlumatda qeyd olunub ki, son sutka ərzində daha 4,092 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə ölkədə yoluxma və ölüm hallarının artım tempində azalma müşahidə olunub. Ölkə üzrə ümumilikdə 156,363 nəfər koronavirusa yoluxub, 19,899 nəfər isə vəfat edib.

Qeyd edək ki, İtaliya koronavirusdan ölənlərin sayına görə dünya ölkələri arasında 2-ci yerdə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/841651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR