“Xloroxin” dərmanı “Covid-19” xəstəliyini həqiqətənmi müalicə edir?

“Xloroxin” dərmanı “Covid-19” xəstəliyini həqiqətənmi müalicə edir?
21:17 13 Aprel 2020
230 Maraqlı
Ölkə mətbuatı
A- A+

Alimlər koronavirusa qarşı peyvənd axtararkən, malyariyaya qarşı istifadə edilən dərmanlara tələbat artır.

Belə preparatlardan biri Donald Trampın məsləhəti sayəsində dillərə düşmüş xloroxin və törəməsi hidroksixloroxindir. Ancaq Ümumdünya Səhiyyə Təşkilatı bu dərmanın koronavirusa qarşı mübarizədə effektli olduğunu sübut edən inandırıcı dəlillər tapılmadığını bildirir.

Prezident Tramp Ağ Evdə keçirilən brifinqlərdə bir neçə dəfə bu barədə danışıb. Ən sonuncu mətbuat konfransında isə belə deyib: "Onu qəbul edin, itirəcəyiniz heç nə yoxdur".

Braziliya prezidenti Jair Bolsonaru isə bir videomüraciətində "hidroksiklorokinin hər yerdə işlədiyini" iddia edib. Facebook həmin videonu saxta məlumatların məhdudlaşdırılması qaydasını pozduğu üçün silib.

Hazırda xloroxindən kimlər istifadə edir və mütəxəssislər buna nə deyir?

Malyariya zamanı həqiqətən də xloroxin həblərindən istifadə olunur - iltihaba və qızdırmaya qarşı. Ona görə istisna deyil ki, bu dərman çox vaxt yüksək temperaturla müşahidə olunan "Covid-19" xəstəliyinin müalicəsində də müəyyən təsirə malikdir.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, BBC-nin tibbi məsələlər üzrə müxbiri James Gallaherin sözlərinə görə, "Laboratoriya araşdırmalarında xloroxinin koronavirusu blokladığı müşahidə edilib. Hətta bəzi həkimlər həbin müalicəyə kömək etməsiylə bağlı dolayı sübutlar təqdim ediblər".

Ancaq klinik təcrübələrdə bu preparatın koronavirusa qarşı effektli müalicə vasitəsi olduğu hələ ki, təsdiqlənməyib. Xloroxinin qaraciyər və böyrəklərə ciddi şəkildə zərər verməsi ehtimalı isə kifayət qədər böyükdür.

Məsələn, ABŞ-ın Meryland Universitetinin professoru Katherine Seley-Radtke xloroxinin "Covid-19" diaqnozunda effektli olmadığını bildirir və qeyd edir ki, "dərmanın təhlükəli yan təsirləri var. Kimlərəsə müsbət təsirinə gəlincə, həmin şəxslərdə xəstəliyin ciddi cimptomları və hətta yüksək temperaturu belə müşahidə olunmayıb. Bu onu deməyə əsas verir ki, həmin pasientlər hər hansı tibbi müdaxilə olmadan da sağala bilərdilər".

Hazırda ABŞ, Britaniya, İspaniya və Çində xloroxinin koronavirusa təsiriylə bağlı 20-dən çox və daha geniş araşdırmalara aparılır.

Amerikada xloroxin, hidroksixloroxin və azitromisinin sinteziylə müalicə metodları da öyrənilir. Dərmanın bu xəstəlikdə faydasına bir çox alimlər də şübhə edir.

ABŞ-ın Ərzaq Məhsullarının Keyfiyyətinə Nəzarət İdarəsi (FDA) ötən şənbə təcili müdaxilə vasitəsi kimi və məhdud miqyasda xloroxin və hidroksixloroxindən xəstəxanalarda istifadə edilməsinə icazə verib.

Ancaq bu o demək deyil ki, FDA onların effektli olduğunu birmənalı şəkildə qəbul edir. Sadəcə indi xüsusi hallarda xəstəxanalar "Covid-19"-un müalicəsi üçün bu preparatları dövlət anbarlarından istəyə bilərlər.

Xloroxindən koronavirusa qarşı istifadəyə Fransada da icazə verilib, ancaq səhiyyə müəssisələri preparatın yan təsirləri barədə xəbərdarlıq edirlər.

Hindistanda hidroksixloroxini tibb işçilərinə və koronavirus diaqnozu təsdiqlənmiş pasientlərlə ünsiyyətdə olan digər şəxslərə tövsiyə edirlər. Ancaq Hindistan hökuməti antimalyariya vasitələrindən ancaq təcili hallarda istifadə etməyi məsləhət görür.

Bəzi Yaxın Şərq ölkələrində xloroxindən istifadəyə icazə verilib. Mərakeş, Əlcəzair və Tunisdə də xloroxinin koronavirusa qarşı faydalarını öyrənmək istiqamətində araşdırmalar aparılır.

Nigeriyada isə prezident Donald Trump-ın bu dərman barədə açıqlamasından sonra başlayan təşviş fonunda aptek və mağazalarda xloroxinin çatışmazlığı yaşandı. Nigeriya hökuməti əhaliyə "Ümumdünya Səhiyyə Təşkilatının Covid-19 xəstəliyinin müalicəsində bu dərmandan istifadəni təsdiqləmədiyini" xatırladıb.

Laqosda bu dərmandan həkim nəzarəti olmadan istifadə edən insanlar arasında ölənlərin olduğu da deyilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/841672.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR