Yeni epidemiya yayılır - ÜST rəsmən açıqladı

Yeni epidemiya yayılır - ÜST rəsmən açıqladı
15:03 14 Aprel 2020
185 Digər
Ölkə mətbuatı
A- A+

Cənubi Sudanda sarı qızdırma epidemiyası yayılmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Açıqlamada bildirilir ki, Uqanda ilə sərhəddə yerləşən Kajo Keji bölgəsində 2 nəfərdə epidemiya əlamətləri aşkarlanıb. Bölgə xalqının isə xəstəliyə qarşı immun sistemi yoxdur.

Epidemiya ilə mübarizə aparmaq üçün Kajo Kejidə peyvəndləmə işləri planlaşdırılır. Səhiyyə sisteminin zəifliyi və nəzarət mexanizminin olmaması səbəbilə epidemiyanın böyüyəcəyi təşvişi var.

Ağcaqanadların sancması ilə insana keçən sarı qızdırma virusu kəskin temperatur, sarılıq, qarın ağrısı, qusma və qanamaya yol açır.

Qeyd edək ki, hazırda dünyanın 210 ölkəsində koronavirus pandemiyası hökm sürür.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/310723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR