"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun İntizam Komitəsi sözügedən qarşılaşmada polis işçisini itələyən uruqvaylı hücumçunu 3 oyunluq diskvalifikasiya edib.
Paytaxt təmsilçisinin qərardan apellyasiya şikayəti vermək niyyətində olduğu bildirilib.
Qeyd edək ki, "Seltik"lə səfər matçının 51-ci dəqiqəsində hesabı açan Maykl Santos komandasının vurduğu 2-ci qolu qeyd edərkən onu sakitləşdirməyə çalışan polisi itələyib.
İki oyunun nəticəsinə əsasən, 4:2 hesablı qələbə qazanan "Kopenhagen" klubu 1/8 final mərhələsinə vəsiqə qazanıb.