Təyyarə avtomobil yoluna qəza enişi etdi - VİDEO

Təyyarə avtomobil yoluna qəza enişi etdi - VİDEO
08:22 17 Aprel 2020
274 Dünya
Ölkə mətbuatı
A- A+

Kanadanın Kvebek əyalətində tək mühərrikli kiçik təyyarə magistral avtomobil yoluna qəza enişi edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, "Piper PA-28 Cherokee" təyyarəsi yerli hava limanından bir neçə kilometr məsafədə problemlərlə üzləşib. Pilot təyyarəni ən yaxın yola endirməyi qərara alıb.

Eniş zamanı heç kim xəsarət almayıb, lakin avtomobil yolu təxminən bir saatlıq bağlanıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər və təhliyə maşınları təyyarəni yoldan kənara çəkiblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/842759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR