VTB Rusiyadan Azərbaycana pul köçürmələrini asanlaşdırdı

VTB Rusiyadan Azərbaycana pul köçürmələrini asanlaşdırdı
14:17 17 Aprel 2020
200 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada “VTB-Onlayn” sisteminin istifadəçiləri xarici ölkələrdəki bankların müştərilərinin kartlarına pul köçürmək imkanı əldə edblər.
“Report” “banki.ru” portalına istinadən xəbər verir ki, artıq mobil tətbiqdə və ya “VTB-Onlayn” internet-bankında bu əməliyyatı həyata keçirmək an məsələsidir.
Belə ki, əvvəllər yalnız SWIFT köçürmələrdən istifadə olunurdu və vəsait 3-5 günə alıcının hesabına otururdu. İndi isə proses avtomatik və dərhal reallaşacaq. Bir köçürmə üçün maksimum hədd 150 min rubl (təxminən 2 min ABŞ dolları) təyin olunub. Köçürmələr zamanı komissiya səviyyəsi 1,5% olacaq.
Bu üsulla pul göndərilə bilən ölkələrin siyahısına Azərbaycan, Ermənistan, Belarus, Almaniya, Gürcüstan, İsrail, İtaliya, Qazaxıstan, Qırğızıstan, Çin, Latviya, Litva, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Özbəkistan, Fransa, Çexiya və Estoniya daxildir.
Qeyd edək ki, buna qədər xidmət bir müddət pilot rejimində işləyib. Bu dövrdə “VTB-Onlayn” müştəriləri arasında köçürmələrin sayına görə ən populyar ölkələr Qazaxıstan, Belarus, Azərbaycan, Çexiya və Moldova olub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/vtb-rusiyadan-azerbaycana-pul-kocurmelerini-asanlasdirdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR