Dünyanın ən yaxşı səhiyyəsinə malik ölkədə ŞOK QƏRAR: bu insanlar ölümə tərk edilir

Dünyanın ən yaxşı səhiyyəsinə malik ölkədə ŞOK QƏRAR:  bu insanlar ölümə tərk edilir
16:12 20 Aprel 2020
339 Dünya
Ölkə mətbuatı
A- A+

İsrailin Səhiyyə Nazirliyi COVID 19 virusunun geniş yayıldığı təqdirdə fiziki məhdudiyyətli və xroniki xəstəliyi olan vətəndaşların süni tənəffüs aparatlarından ən son faydalanacaq insanlar olduğuna dair qərar çıxarıb.

Milli.Az xəbər verir ki, qərarın yer aldığı sənəd ölkənin "Kanal 13" telekanalında yayımlanıb.

Sözügedən sənəddə öz ehtiyaclarını təkbaşına qarşılaya bilməyəcək səviyyədə fiziki və əqli məhdudiyyətli, ürək, ağciyər, qaraciyər, böyrək xəstəlikləri olan, sisir sistemində problemi olan, psixoloji travma keçirən və müalicəsi olmayan xəstəliyə sahib, ölüm döşəyindəki insanların, həmçinin Covid-19-dan sağalma şansı 20%-dən az olan vətəndaşların süni tənəffüs aparatlarına qoşulacaqlar sırasında ən sona saxlanması yazılıb.

Süni tənəffüs aparatına infeksiyaya yoluxmadan əvvəl həyati orqanları tam potensiallı işləyən, fiziki məhdudiyyəti ən yüngül olan, yüngül xəstəliklərə malik və sadəcə, 1 orqanında xəstəliyi, virusdan qurtulma şansı isə 80%-dən çox olanların qoşula biləcəyi qeyd edilib.

Kanalın xəbərinə görə, Ədliyyə Nazirliyinin nəzdindəki Əlillər üçün Bərabər Hüquqlar Komissiyası Səhiyyə Nazirliyinin sənədini sərt tənqid edib və ciddi ayrı-seçkilik olduğunu bildirib. Sözügedən sənədin BMT-nin 2006-cı ildə qəbul etdiyi Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya və Əlillər üçün bərabərlik haqqında qanuna zidd olduğu vurğulanıb.

İsraildəki Əlillər Dərnəkləri ortaq yazılı açıqlamalarında Səhiyyə Nazirliyinin qərarında təcili dəyişiklik edilməsini tələb edib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin qərara aldığı bu üsulun tibbdə adı triajdır.

Xatırladaq ki, dünyanın ən məşhur dərgilərindən biri olan "Forbes"in "Koronavirusla ən effektiv mübarizə aparan ölkələr" siyahısında İsrail ilk pillədə qərarlaşıb./Publika.az

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/843554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR