Koronavirusdan ölən həkimin ürək parçalayan SON MESAJI

Koronavirusdan ölən həkimin ürək parçalayan SON MESAJI
11:58 21 Aprel 2020
Ölkə mətbuatı
A- A+

İstanbuldakı Eyüpsultan Nişanca Ailə Sağlamlığı Mərkəzinin həkimlərindən olan Yavuz Kalaycı dünən COVID-19 pandemiyasından dünyasını dəyişib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkimin ölümünün ardından daha bir acı hadisə yaşanıb. Belə ki, 56 yaşlı ailə həkiminin süni nəfəs aparatından çıxarılmasından sonra valideynlərinin də virus nəticəsində həyatını itirdiyi məlum olub.

Kalaycı haqqında yeni detallar ortaya çıxıb. İki uşaq atası olan həkimin beyninə də virus yayıldığı üçün onun 10 gün yuxuya verildiyi bildirilib.

Yeni növ koronavirusdan vəfat edən Kalaycının sosial şəbəkədə yayılan son sözləri ürəkləri yaralayıb. Həkimin vəsiyyətini isə həmkarı paylaşıb:

“Həkim dostum bu gün koronavirus səbəbilə öldü. Anasını, atasını və qardaşını da eyni səbəbdən itirən Yavuz Kalaycının son mesajı belə oldu: “Qızlarım kiçikdir, onları sahibsiz qoymarsınız, elə deyilmi?” Siz hələ də evdə oturmaqdan sıxılırsınız?”.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/311422.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR