Nyu-Yorkda koronavirus üçün gündə 40 min test keçiriləcək

Nyu-Yorkda koronavirus üçün gündə 40 min test keçiriləcək
08:27 22 Aprel 2020
219 Dünya
Ölkə mətbuatı
A- A+

New York səlahiyyətliləri, koronavirus üçün test müayinələrin sayını gündə 20 mindən 40 minə çatdıracaqlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qubernator Ednryu Kuomo mətbuat konfransında bildirib.

"Məqsədimiz gündə 40 min test etmək üçün hazırda keçirilən testlərn sayını 20 min artırmaqdır", - E.Kuomo deyib. Qubernator bu prosesin həftələrlə çəkə biləcəyini vurğulayıb.

E.Kuomo açıqlayıb ki, gündə 40 min test rəqəmi ştatın hazırda bu işlə bağlı qadir olduğu maksimumdur.

"Ştatda təxminən 300 laboratoriyamız var. Onların işini tənzimləyirik. Neçə test alınır, testlər harada aparılır, onları aparacaq heyət, nə qədər qəbul ediləcək - bu qərarlar heyət tərəfindən qəbul edilməlidir", - E.Kuomo əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/844045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR