Daha bir epidemiya yayılır - ÜST-dən XƏBƏRDARLIQ

Daha bir epidemiya yayılır - ÜST-dən XƏBƏRDARLIQ
12:03 23 Aprel 2020
241 Digər
Ölkə mətbuatı
A- A+

Cənubi Sudandan sonra Efiopiyada da sarı qızdırma epidemiyası yayılmağa başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib.

Bildirilib ki, ölkənin cənub əyalətinin Qurage bölgəsində mart ayının əvvəllərindən bəri yayılan infeksiya artıq 85 nəfərə yoluxub. Xəstəliyin yayıldığı bölgədə və ətraf ərazilərdə peyvəndləmə işlərinə başlanıb.

Təşkilatın açıqlamasında qısa müddətdə yoluxma sayının artması və virusun lokal olma ehtimalının təşviş doğurduğu qeyd edilib.

Əlavə edək ki, ÜST ötən həftə Cənubi Sudanda sarı qızdırma epidemiyasının yayıldığını açıqlamışdı.

Ağcanadların insanlara yoluxdurduğu bu xəstəlik yüksək qızdırma, sarılıq, qarın ağrısı, qusma və qanamaya yol açır.

Zümrüd

Daha bir ölkədə ölümcül epidemiya yayıldı - Yüz minlərlə insan yoluxdu

Koronavirusun az yayıldığı ölkədə başqa epidemiya ortaya çıxdı - 170 min nəfər...


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/311660.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR