Şimali Koreyadan qaçmaq istəyən koronavirus xəstəsi sərhəddə vuruldu

Şimali Koreyadan Çinə qaçmağa çalışan koronavirus xəstəsi Çin ordusu tərəfindən vurulub.

Metbuat.az xəbər verir ki, iki ölkə arasındakı Tümən çayını keçməyə çalışan şəxs atəş nəticəsində yaralanıb. O, Çində xəstəxanaya yerləşdirilib. Onun koronavirus testinin pozitiv çıxdığı açıqlanıb. Hadisə ilə bağlı iki ölkə də heç bir rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Şimali Koreya höküməti rəsmi olaraq ölkədə koronavirusun olub-olmaması ilə bağlı məlumat verməyib.

Mənbə: Haber7


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR