Gəncədə avtomobili qaçırmaq istəyən şəxs postda saxlanıldı

Gəncədə qaçırdığı avtomobillə postu keçmək istəyən şəxs saxlanılıb.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 30-da saat 03.00 radələrində Gəncə-Yevlax yolunda “COVID-19” xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda Goranboy rayon sakini Q.İmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Kəpəz RPİ-nin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

Araşdırmalarla qeyd edilən avtomobilin Gəncə şəhər sakini E.Nəbiyevə məxsus olması və Q.İmanov tərəfindən qaçırılması müəyyən edilib və o, saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR