20 yaşlı qız selfi çəkərkən fontanı uçurdu -

Ukraynada selfi çəkmək üçün azyaşlı bacısı ilə birgə fontanın üstünə çıxan 20 yaşlı qız fontanın dağılmasına səbəb olub.

Metbuat.az report-a istinadən xəbər verir ki, hadisə Kiyev vilayətinin Boyarka şəhərində qeydə alınıb.

Məlumata görə, dəymiş zərər 37 000 qrivna (2 335 manat) təşkil edib.

Xuliqanlıq faktı üzrə cinayət işi açılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR