"Ölüm səbəbinə koronavirus yazması üçün həkimlərə təzyiq edirlər" -

ABŞ-lı həkim Rəşid Buttar bütün dünyaya yayılan koronavirusla bağlı diqqət çəkən fikirlər səsləndirib.

Metbuat.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın koronavirusun Çində laboratoriyada yaradılmasına dair Rəşid Buttar qeyd edib ki, ABŞ-da bu işdə ortaqdır və virusun Vuhandakı laboratoriyada hazırlanması üçün maliyyə yardımı edib.

Buttar virisun laboratoriyada hazırlandığını bildirərək virus üzərindən insanlarda qorxu yaratmağa çalışdıqlarını, həmçinin koronavirus diaqnoz testlərinin də düzgün çalışmadığını deyib. O bildirib ki, həkimlər ölüm səbəblərinə koronavirus yazılması üçün təzyiqə məruz qalırlar.

Rəşid Buttarın bu iddialarını dəstəkləyən başqa fakt da mövcuddur. Belə ki, tez-tez Trampa qarşı açıqlamalar verən həkim Fauçi 2017-ci ildə "Bir ABŞ prezidentinin 2018, 2019 və 2020-ci ildə epidemiya ilə qarşı-qarşıya qalacağını" demişdi.

Mənbə: HaberGlobal


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR