Məşhur stadion xəstəxanaya çevrildi

Braziliyanın Rio de Janeyro şəhərində yerləşən dünyaca məşhur Marakana stadionu koronavirus pandemiyası səbəbilə xəstəxanaya çevrilib.

Metbuat.az xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.

Stadionun ətrafında 38 günə inşa edilən modul tipli xəstəxana istifadəyə verilib. 400 çarpayılıq xəstəxanada ağır vəziyyətdə olan xəstələr müalicə alacaqlar.

Qeyd edək ki, Braziliyada indiyədək 155 min 939 nəfər koronavirusa yoluxub, onlardan 10 min 627-i vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR