"Xiaomi" şirkətinin rəhbəri sosial şəbəkədə paylaşım etdi, işlətdiyi marka olay oldu -

"Xiaomi" şirkətinin rəhbəri Lei Junun etdiyi bir paylaşım gündəm olub.

Metbuat.az xəbər verir ki, Lei Jun sosialsayt olan "Weibo"da kitab oxumaqla bağlı paylaşım edib. Lakin həmin saytın paylaşım edilən cihazı da istifadəçilərə göstərdiyini nəzərə almayıb. Belə ki, "Xiaomi" şirkətinin rəhbərinin gündəlik həyatda "İphone" isifadə etdiyi məlum olub.

Sosial şəbəkədə müzakirələrə səbəb olan skandalın ardından Lei Jun paylaşımı silərək bu dəfə "Xiaomi Mi 10 Pro" ilə paylaşım edib.

Qeyd edək ki, bundan öncə "Huawei" və "Realme" kimi smartfon markalarının da başına bənzər hadisə gəlmişdi.

Mənbə: sondakika.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR