Koronavirus torpaq bazarında qiymətlərə necə təsir edib? -

Koronavirus pandemiyası bütün sahələrdə olduğu kimi torpaq bazarınada təsir edib. Belə ki, aprel ayı ərzində paytaxtın torpaq bazarında qiymətlər 6 faizdən çox artıb. Bəs bazara hansı amillər təsir edir?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Metbuat.az-a bildirdi ki, hazırda paytaxt Bakıda və Abşeron ərazilərində fərdi yaşayış evlərinin inşaası ücün yararlı ola bilən torpaq sahələrinin məhdud olması səbəbindən pandemiya dövründə bu sahədə qiymətlərin enməsi müşahidə olunmadı.

'' Paytaxtın bir cox ərazilərində söküntü işləri aparılsa da həmin ərazilərdə təkrar tikinti işlərinə icazə verilmədi. Və əvəzində həmin ərazilər parklara cevrilərək paytaxt sakinlərinin istifadəsinə verildi. Pandeniya bitdikdən sonra növbəti söküntü dalgası da gözlənilir. Söküntü işlərinin paytaxtın mərkəz ərazilərində yerləşən fərdi həyət evlərindən ibarət massivlərdə aparılacaq. Belə olduğu halda fərdi həyət evlərinə və boş torpaq sahələrinə yenidən təlabat artarsa bu hal qiymət artımına ciddi təsir edə bilər. Sökülən ərazilərdə yerləşən mənzillərin böyük əksəriyyəti xırda kvadratlı olduguna görə mənzil sahiblərinə elədə böyük kompensasiya ödənilmir. O baxımdan həmin sakinlər məcburən paytaxtdan kənarlarda satılan ucuz həyət evlərinə üz tutmalı olurlar. Mərkəz ərazilərdə boş torpaq sahələrinin məhdud və baha olması səbəbindən növbəti zamanlarda tikiləcək yeni tikili binalarda belə qiymət artımı olacagını müəyyən etmək olar.''

Ekspert əlavə etdi ki, təxmini son 20 ildən üzü bu günə olan zaman kəsiyində demək olarki Bakı ilə Xırdalan, Xırdalanla Ceyranbatan və Sumqayıt şəhərləri biri birinə bitişdi. Bu ərazilər arasında kı, bütün boş torpaq sahələri artıq böyük yaşayış massivlərinə çevrilib.

''Əhalinin sayı artdıqca bu sahəyə təlabat günü gündən artmaqda davam edəcək. Və gələcəkdə də fərdi yaşayış evləri ücün yararlı torpaq sahələrində qiymət artımının olması qaçılmazdır.''


Ekspert Nüsrət İbrahimli isə məsələyə münasibətində bildirdi ki, təkcə aprel ayında bazara təklif edən torpaq sahələrinin qiyməti hər il 15 faizdən 40 faizə kimi artır.

''Satıcılar bütün payız-qış dövründə gözləyirlər ki, yaz-yay ayları gəlsin öz əmlaklarını, torpaqlarını istədiyi qiymətə satsınlar. Ona görə də bu aylarda bazara hammı satılmayan əmlaklarını baha qiymətə satışa çıxarır.''

Ekspert əlavə etdi ki, pandemiya səbəbindən satıcıların çoxu koronavirus bitəndən sonra əmlak və torpaqları satmağa üstünlük verirlər.Bu da müvafiq olaraq qiymətlərin artmasına səbəb olacaq.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR