"Yuventus"un əfsanəsi xəstəxanaya yerləşdirildi:

"Yuventus"un əfsanəvi futbolçusu Alessandro Del Pyero ABŞ-ın Los-Anceles əyalətində xəstəxanaya yerləşdirilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı futbolçu özünün sosial şəbəkə hesabından açıqlama verib. Bunun koronavirusla bir əlaqəsinin olmadığını qeyd edən Del Pyero böyrəklərində daş aşkarlandığını qeyd edib:

"İnana bilmirəm ki, 3 millimetrlik balaca bir şey bu cür problem yaratsın".

Mənbə: goal.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR