Ötən il Azərbaycanda yaşama qaydalarını pozan əcnəbilərin sayı açıqlanıb

Ötən il Azərbaycanda ölkədə olma və yaşama qaydalarını pozan əcnəbilərin sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında deyilir.

2019-cu ildə ölkədə olma və yaşama qaydalarını pozan 11 564 əcnəbi müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Bundan əlavə 8 093 nəfər respublikanın hüdudlarından inzibati qaydada çıxarılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR