“Alibaba”nın ümumi gəlirləri 22%-dən çox artıb

Bu ilin I rübündə Çinin elektron ticarət nəhəngi “Alibaba” şirkətinin ümumi gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 22,3% artaraq 114,3 milyard yuan (16 milyard ABŞ dolları) təşkil edib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunun 93,9 milyard yuanı (13,2 milyard ABŞ dolları) əməliyyat gəlirləridir ki, bu da 1 il əvvələ nisbətən 19% çoxdur.

Qeyd edək ki, "Alibaba" 2021-ci ildə Avropa və ABŞ-dakı əsas rəqiblərini qabaqlayaraq 650 milyard yuandan (91,55 milyard ABŞ dolları) çox gəlir əldə etməyi proqnozlaşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR