Britaniyada 4043 yeni yoluxma qeydə alındı

Böyük Britaniyada son sutka ərzində 4043 nəfər koronavirusa yoluxub.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə daha 134 nəfər COVİD-19 infeksiyasının qurbanı olub.

Ümumilikdə, Britaniyada indiyədək 265 min 227 nəfərdə koronavirusa yoluxma aşkar edilib, 37 min 48 xəstə dünyasını dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR