"Arsenal"ının prezidenti Çips Kesvik klubu tərk etdi

London "Arsenal"ının prezidenti Çips Kesvik klubu tərk etməyə qərar verib.

Metbuat.az bu barədə report-a istinadən xəbər verir.

Keçmiş klub rəhbəri yeddi il boyunca paytaxt komandasına rəhbərlik edib. Bu ilin fevralında onun 80 yaşı tamam olub.

Qeyd edək ki, bundan sonra "Arsenal"ın Direktorlar Şurası dörd nümayəndədən - Sten Kronkedən, Joş Kronkedən, Lord Harrisdən və Ken Frayardan ibarət olacaq.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının cari mövsümü iyunun 17-də bərpa olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR