OPEC+ sazişi 2022-ci ilin sonunadək uzadıla bilər

OPEC+ ölkələri neft bazarında tələbin artması ilə bağlı müsbət siqnallar müşahidə edir.

Metbuat.az report-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Energetika naziri Əbduləziz bin Salman rusiyalı həmkarı ilə onlayn formatda keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, OPEC+ ölkələri bazardakı vəziyyətlə bağlı izləmədədir.

Nazir qeyd edib ki, 2021-ci ilin dekabr ayında sazişin 2022-ci ilin sonuna qədər uzadılması barədə qərar verilə bilər.

Qeyd edək ki, iyunun 6-da OPEC+ ölkələri nazirlərinin videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

Aprel ayının 12-də “OPEC plus” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barrel azaldılmasını nəzərdə tuturdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR