Selfi çəkdirmək istədi, ayağı büdrəyib su anbarına düşdü.

Metbuat.az xəbər verir ki, Türkiyənin Dənizli şəhərinin Kale kəndində ailəsi ilə istirahətə çıxan 11 yaşlı Gülsüm Mayuk selfi edən zaman su anbarına düşdü.

Selfi çəkmək istəyən qız su anbarına yıxıldı, xilas edən dayısı da... -

Onu xilas etmək üçün suya atılan 23 yaşlı dayısı Məlik Tunahan Nazalı boğuldu. Oğlu və bacısı uşağının sudan çıxmadığını görən Yaşar Nazalı polisi və təcili yardımı hadisə yerinə çağırıb. Yarım saatlıq axtarışdan sonra hər iki gəncin cansız bədəni sudan çıxarılıb. Onlardan geridə isə son çəkdikləri selfi qalıb.

Selfi çəkmək istəyən qız su anbarına yıxıldı, xilas edən dayısı da... -

Qeyd edək ki, 23 yaşlı Məlik Tunahan Nazalı bu yaxınlarda hərbi xidmətə yollanacaqmış.

Selfi çəkmək istəyən qız su anbarına yıxıldı, xilas edən dayısı da... -

Hadisə ilə bağlı Dənizli şəhər prokurorluğunda istintaq başlayıb.

Mənbə:cnnturk.com