Türkiyənin istehsal etdiyi dərman koronavirus xəstələrini sağaldır -

Uzaq Şərqdən yayılmağa başlayan koronavirus infeksiyası qısa zamanda dünyanın 213 ölkəsinə yayılmağı bacardı. Qısa zamanda vaksin və ya peyvənd hazırlamağa çalışan ölkələrdən sevindirici xəbərlər gəlsə də, bir çoxu bu müalicə prosedurunu davamlı olaraq həyata keçirə bilmədi.

Metbuat.az xəbər verir ki, ötən gün Türkiyənin Texnologiya və Sənaye naziri Mustafa Varank Koronavirusa qarşı çox vacib bir dərman istehsal etdiklərini açıqlayıb. O bildirib ki, dərmanın yaxın vaxtda təsdiqlənməsi planlaşdırılır.

Elə bu məsələ ilə əlaqədar Baku tv komandası olaraq, bu dərmanın nə qədər effektli olacağını və dünya bazarına çıxarılıb-çıxarılmayacağı barədə suallara cavab tapmaq üçün İstanbul Tibb Fakültəsi Kliniki və Tibbi Farmakologiya şöbəsinin müdiri Ali Yağız Üresin ilə həmsöhbət olduq.

Professor hazırlanan dərman vasitəsinin əvvəlcə koronavirusa yoluxan və vəziyyəti ağır olan xəstələrdə, sonra isə xəstəliyin daha erkən mərhələlərində istifadə olunduğunu bildirib.

Bu cür dərmanın Türkiyədə istehsal olunmasının həm Türkiyə, həm də qonşu dövlətlər üçün çox yaxşı bir şans olduğunu bildirən professor insanlardan yenə də diqqətli olmağı xahiş edib.

Ali Yağız Üresin sözlərinə görə, payız aylarında artıq peyvəndin hazır olması gözlənilir. Və əgər koronavirus infeksiyası ilə gələn il də üz-üzə qalsaq, bu dəfə daha tədbirli və təcrübəli olacaqlarını diqqətə çatdıran türkiyəli professor insanlara bu müddət ərzində maska istifadə etməyi, məsafə saxlamağı və gigiyenik qaydalara əməl etməyi tövsiyyə edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR