Azərbaycanın təbii qaz ixracı artır

Bu ilin ilk 5 ayında ölkədən 5 milyard 461,1 milyon kubmetr təbii qaz ixrac edilib.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, ixrac edilən təbii qazın dəyəri isə 1 milyard 38,4 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 4 milyard 903,3 milyon kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri 871 milyon 621 min dollar olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR