Türkiyədə koronavirusa yoluxma sayı 180 mini ötdü

Türkiyədə son sutka ərzində 17 nəfər koronavirusdan dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1467 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4842, yoluxanlar isə 181 298 nəfərə çatıb.

Türkiyədə indiyədək 153 379 xəstə sağalaraq evə buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR