Lukaşenko müharibə veteranının qarşısında belə ağladı -

Aleksandr Lukaşenkonun müharibə veteranı ilə söhbəti zamanı göz yaşlarını saxlaya bilməyib.

Metbuat.az xəbər verir ki, Moskvada Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr edilən Qələbə paradı izləmək üçün Rusiyaya səfər edən Belarusiya Prezidenti Aleksandr Lukaşenko tribunada müharibə veteranı ilə söhbəti zamanı ağlamağa başlayıb.

Maraqlı məqam ondadır ki, Belorusiya prezidentinin müharibə veteranı ilə nədən bəhs etdiyi məlum deyil.Görünür prezident veteranın danışdığlarından olduqca təsirlənərək göz yaşlarını saxlaya bilməyib.

Həmin görüntüləri təqdim edirik:

Mənbə: Osnmedia.ru


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR